Bank Of Baku

Elmira Süleymanova Bakıda yekun ictimai dinləmə keçirib

Elmira Süleymanova Bakıda yekun ictimai dinləmə keçirib
# 11 sentyabr 2008 21:30 (UTC +04:00)
Bakı-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədi ilə Bakıda yekun ictimai dinləmə keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu icra hakimiyyəti və bələdiyyələrinin, daxili işlər orqanları və prokurorluğun, məhkəmələrin, dairə seçki komissiyalarının, QHT-lərin, KİV-in nümayəndələri iştirak edib. İştirakçılara seçki komissiyalarının vəzifələri, seçici siyahıları, onların dəqiqləşdirilməsi, seçkilərə dair şikayətlər və onlara baxılması qaydası, seçki prosesi zamanı yol verilən qanun pozuntularının araşdırılması və aradan qaldırılması üçün həyata keçirilən tədbirlər barədə məlumat verilib. Müzakirələrdə Milli Fəaliyyət Planında prokurorluq, məhkəmə və polis orqanları qarşısında qoyulan vəzifələrin icrası istiqamətində görülən işlər barədə də müzakirələr aparılıb. Ombudsman seçkilərin azad və demokratik keçirilməsi üçün icra hakimiyyəti orqanlarının, polisin prosesə müdaxilə etməməsinin zəruriliyini qeyd edib, eyni zamanda qeyd edilən problemlərin həlli məqsədi ilə müvafiq orqanlara tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR