Bank Of Baku

Məhkumların əməyə cəlb olunması məqsədi ilə layihə hazırlanıb

Məhkumların əməyə cəlb olunması məqsədi ilə layihə hazırlanıb
# 11 sentyabr 2008 15:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Məhbusların cəzaçəkmə müəssisələrində əməyə cəlb olunması məqsədilə layihə hazırlanıb”. APA-nın məlumatına görə, Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət İctimai Komitənin üzvü Kamil Səlimov jurnalistlərə açıqlamasında deyib ki, layihə ictimai komitənin təşəbbüsü ilə Ədliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə birgə həyata keçiriləcək: “Əvvəllər cəzaçəkmə müəssisələrində məhbuslar üçün istehsalat obyektləri fəaliyyət göstərirdi. Bu gün isə bu müəssisələr yoxdur. Ədliyyə Nazirliyinin isə həbsxanalarda belə müəssisələrinin yaradılması üçün maliyyə imkanları yoxdur. Bu səbəbdən də belə bir layihənin həyata keçirilməsi vacibdir”. K. Səlimov cəzaçəkmə müəssisələrində intihar hallarının qarşısının alınması məqsədilə də layihənin həyata keçiriləcəyini söyləyib: “Azərbaycan həbsxanalarında belə halların sayı çox azdır. Buna baxmayaraq, intiharların qarşısının alınması lazımdır. Layihə çərçivəsində psixiatrlardan ibarət qrup yaradılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR