Bank Of Baku

Ağdamda əkin sahəsində tank əleyhinə mina aşkarlanıb

Ağdamda əkin sahəsində tank əleyhinə mina aşkarlanıb
# 12 sentyabr 2008 08:09 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Ağdam rayonunun Ergi düzündəki əkin sahəsində yer şumlayan traktorun kotanı tank əleyhinə minaya ilişib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-nın Qarabağ bürosuna verilən məlumata görə, torpaq üzərinə çıxan mina partlamayıb. ANAMA əməkdaşları hadisə yerinə gedib, TM-62 markalı minanı götürüblər. Məlumata görə, iki həftə əvvəl həmin ərazidən 300 metr aralıda 1 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina aşkarlanıb. Tank əleyhinə minanın naməlum şəxslər tərəfindən götürüldüyü bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR