Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakının işğaldan azad olunmasının 90 illiyi ilə əlaqədar tədbirlər keçiriləcək

Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakının işğaldan azad olunmasının 90 illiyi ilə əlaqədar tədbirlər keçiriləcək
# 12 sentyabr 2008 09:05 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakının işğaldan azad olunmasının 90 illiyi ilə əlaqədar 12-19 sentyabr tarixlərində bir sıra tədbirlər keçiriləcək. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyindən APA-ya verilən məlumata görə, səfirliyin dəstəyi ilə Türk Universiteleri Məzunları Dərnəyi bu gün Göyçay rayonunda bir sıra tədbirlər təşkil edəcək. Göyçaydaki şəhid məzarları, Heydər Əliyevin büstü, Türk Əsgəri, Soyqırım abidələri ziyarət ediləcək, daha sonra konfrans baş tutacaq. Sabah isə Bakıda Atatürk Mərkəzində və Azərbaycan Milli Elmlər Akademiyasında konfrans keçiriləcək. Sentyabrın 15-də Bakının işğaldan azad olunması münasibəti ilə Bakıdakı Türk Şəhidliyi ziyarət olunacaq. Türkiyə səfirliyinin Mədəniyyət Mərkəzində TRT kanalı tərəfindən hazırlanan "Qafqazlardan əsən yelər, Vəfa - 1918 Qafqaz İslam Ordusunun Bakını qurtarması" sənədli filmi də həmin gün nümayiş etdiriləcək. Həmin gün daha sonra tarixçi Nəsiman Yaqublunun hazırladığı “Bakının qurtuluş tarixi” kitabının Türkiyə Səfirliyində təqdimatı keçiriləcək.
Sentyabrın 19-da isə Qafqaz Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Tarixi Muzeyində “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda sərginin açılışı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR