Bank Of Baku

Narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmaqda təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb

Narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmaqda təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb
# 12 sentyabr 2008 09:32 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmaqda təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin məhkəmə prosesi üzrə hazırlıq iclası keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Ramella Alverdiyevanın sədrlik etdiyi prosesdə məhkəmə baxışının vaxtı müəyyən olunub. Məhkəmə baxışı sentyabrın 15-nə təyin olunub.
Qeyd edək ki, dəstə üzvləri- Rusiya federasiyasının vətəndaşı Eldəniz Həmidov, Yardımlı rayon sakinləri Mehman Əzizov, Mirzəli Həsənov, Hamlet İbayev, Masallı sakinləri Elvin Nuriyev və Tahir Salmanov İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə aprelin 15-də 33 kiloqram 478,7 qram narkotik vasitə olan heroin, marixuana, tiryək, həşiş və başqa maddələr keçirərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanıblar.
Onlar Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü(mütəşəkkil dəstə tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR