Bank Of Baku

Güclü külək cənub bölgəsinin bir sıra yaşayış məntəqələrini işıqsız qoyub

Güclü külək cənub bölgəsinin bir sıra yaşayış məntəqələrini işıqsız qoyub
# 12 sentyabr 2008 09:36 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Ötən gecə saat 19.20-dən başlayaraq Azərbaycanın cənub rayonlarında saniyədə 30 metrdən çox sürətə malik güclü külək əsib. Yardımlı və Lerik ərazisindən başlayan külək sonradan şiddətli yağışla müşayiət olunmaqla bölgənin əsasən elektrik təsərrüfatını iflic vəziyyətinə salıb. “Lənkəran Regional Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Şirin Quliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, Yardımlı və Lerik rayonlarında 10 və 35 kilovoltluq hava xətlərində açılmalar baş verib və nəticədə hər iki rayon enerjisiz qalıb. Bir saatdan sonra 35 kv-luq hava xəttini bərpa etmək mümkün olub və həmin rayonların mərkəzlərinə elektrik enerjisinin verilməsi təmin edilib. İstiqamətini Masallı və Lənkərana götürən güclü külək bu rayonların da elektrik təsərrüfatına ciddi ziyan vurub. İri gövdəli çinar ağacları kökündən qoparaq 5 ədəd 10-kv-luq hava xəttini sıradan çıxarıb. Yerli icra strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində Lənkəran şəhərində və ona yaxın ərazilərdə elektrik xətləri bərpa edilib. Hazırda qəza briqadası Lənkərandakı 35 kv-luq hava xəttinin bərpası istiqamətində iş aparır. ”Lənkəran Regional Enerji” MMC-dən günün sonuna kimi Lənkəran rayonunda enerjinin tam bərpa olunacağı, digər rayonlarda isə bu işin sabah səhərə kimi başa çatdırılacağı bildirilib. Hazırda rayonun elektrik təsərrüfatına dəyən ziyan müəyyənləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR