Bank Of Baku

“Moskva” univermağından oğurluq etməyə hazırlaşan 5 nəfər tutulub

“Moskva” univermağından oğurluq etməyə hazırlaşan 5 nəfər tutulub
# 25 sentyabr 2008 11:49 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı və Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 24-də saat 03.30 radələrində A. Məhərrəmov küçəsində "VAZ-2107" markalı avtomaşının sürücüsü, Yeni Suraxanı qəsəbə sakini Baba Aydəmirov və sərnişini, Masallı rayon sakini Ruslan Abbasov şübhəli şəxs qismində saxlanılıb. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avtomaşına baxış zamanı 2 ədəd dəmir kəsən qayçı, əlcək, idman papağı və s. əşyalar aşkar edilib. Araşdırmalar zamanı B. Aydəmirov və R. Abbasov "Moskva" univermağından oğurluq etməyə hazırlaşdıqlarını etiraf ediblər. DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nəsimi rayon Polis İdarəsinin Cİnayət-Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun digər üzvləri, Əmircan qəsəbə sakinləri Eldar Əlisultanov, Pərviz Zöhrabov və Valeh Əsədullayev tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR