Bank Of Baku

Mingəçevirin Axundu suvaqçının çənəsini sındırıb

Mingəçevirin Axundu suvaqçının çənəsini sındırıb
# 07 oktyabr 2008 10:32 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə Qazisi, Mingəçevir şəhərinin Axundu Hacı Xanəli Babayev suvaqçı işləyən Mingəçevir sakini Süleymanov Ramiz Məhəmməd oğlunu döyərək xəsarət yetirib. Bu barədə APA-nın yerli bürosuna Mingəçevir şəhər Polis Şöbəsinin təhqiqatçısı Adil Abışov məlumat verib. Məlumata görə, Mingəçevir şəhəri, Təbriz küçəsi, 5 ünvanda yaşayan R. Süleymanov Aşıq Ələsgər küçəsi, 9 ünvanda yaşayan bibisinin evinin fasad hissəsində suvaq işləri apararkən qonşuluqda yaşayan Hacı Xanəli Babayevin ailə üzvləri tərəfindən təhqirlərə məruz qalıb, Hacı Xanəlinin oğlu və qardaşı oğlu suvaqçıya hücum ediblər.

R. Süleymanov bu zaman evə gələn Hacı Xanəliyə müraciət edərək ailə üzvlərindən ona şikayət etmək istəyib. Məlumata görə, şəhərin Axundu R. Süleymanovu dinləmədən onun üzünə yumruqla zərbələri endirib. Eyni zamanda Xanəli Babayevin sürücüsü və yaxın qohumu olduğu bildirilən Saleh Rafiq oğlu Babayev də R. Süleymanovun başına yumruq zərbələri vurub. Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilən R. Süleymanova çənə sınığı diaqnozu qoyulub. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

Hacı Xanəli APA-nın yerli bürosunun əməkdaşına məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Xanəli Babayev Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin qardaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR