Bank Of Baku

Azərbaycan paytaxtında 4 ay axtarışda olan şəxs həbs edilib

Azərbaycan paytaxtında 4 ay axtarışda olan şəxs həbs edilib
# 07 oktyabr 2008 13:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında axtarışda olan şəxs həbs edilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1981-ci il təvəllüdlü Emil İman oğlu Xəlilov 4 ay axtarışda olub. O, 9-cu mikrorayonda yerləşən telefon danışıq məntəqəsindən mobil telefonlar oğurlamaqda təqsirli bilinir. 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E. Xəlilov 3-cü mikrorayon dairəsində saxlanılıb. Onun barəsində açılmış cinayət işinin icrasına başlanılıb.
Qeyd edək ki, E. Xəlilov Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR