Bank Of Baku

Binəqədi ərazisində 10-cu sinif şagirdi bıçaqlanıb

Binəqədi ərazisində 10-cu sinif şagirdi bıçaqlanıb
# 07 oktyabr 2008 14:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Binəqədi rayonu ərazisində “Zeytun bağları” adlanan yerdə cinayət hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, ötən gecə, saat 02:00 radələrində 19 saylı məktəbin 10-cu sinif şagirdi Talıb Ağayev 6-cı həmin ərazidən keçərək evinə qayıdarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Onlar T. Ağayevə bıçaqla yüngül bədən xəsarəti yetirərək 100 manata yaxın pulunu və mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıblar. Hadisə ilə əlaqədar Binəqədi RPİ-ə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Famil və Zahir adlı şəxslər saxlanılıblar. Onlar ilkin dindirilmə zamanı törətdikləri soyğunçuluq əməlini etiraf ediblər. Faktla bağlı Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR