Bank Of Baku

Ukraynada istintaq təcridxanasında saxlanan azərbaycanlı vəfat edib, soydaşlarımız milis şöbəsi qarşısında aksiya keçirirlər

Ukraynada istintaq təcridxanasında saxlanan azərbaycanlı vəfat edib, soydaşlarımız milis şöbəsi qarşısında aksiya keçirirlər
# 08 oktyabr 2008 08:55 (UTC +04:00)
Kirovoqrad-APA. Ukraynanın Kirovoqrad şəhərində milis şöbəsinin istintaq təcridxanasında saxlanan 38 yaşlı azərbaycanlı kəskin ürək çatışmazlığından vəfat edib. APA-nın məlumatına görə, soydaşımız Kirovoqrad bazarlarından birində baş verən atışmada iştirak etməkdə şübhəli şəxs qismində saxlanaraq milis şöbəsinə gətirilib. Cəsədin məhkəmə-tibbi ekspertizası zamanı azərbaycanlının kəskin ürək çatışmazlığından vəfat etməsi faktı təsdiqlənib. Ekspertiza zamanı mərhumun bədənində bəzi fiziki xəsarət yerləri aşkarlansa da, bunun ölümə səbəb olacağı ehtimalı təsdiqlənməyib. Faktla bağlı şöbənin heyəti arasında xidməti yoxlama keçirilib, azərbaycanlının fiziki işgəncə verilərək öldürülməsi ehtimalı hazırda araşdırılır. Araşdırmaya vilayət prokuroru Gennadi Tyurin nəzarət edir. Qeyd edək ki, mərhum soydaşımızın saxlanmasına səbəb olan insident Kirovoqrad bazarlarından birində baş verib. Atışma nəticəsində güllə yarası alan iki şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Son məlumatlara görə, hazırda Kirovoqradda yaşayan 400-ə yaxın azərbaycanlı şəhər milis idarəsinin qarşısına toplaşaraq soydaşımızın ölümündə günahkar şəxslərin cəzalandırılmasını tələb edirlər. Onlar soydaşımızın milislər tərəfindən verilən işgəncə nəticəsində öldürüldüyünü iddia edərək, günahkarların cəzalandırılmasını tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR