Bank Of Baku

Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində Pekin Olimpiadasının gümüş mükafatçıları ilə görüş keçirilib

Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində Pekin Olimpiadasının gümüş mükafatçıları ilə görüş keçirilib
# 08 oktyabr 2008 13:42 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində Pekin Olimpiya Oyunlarının gümüş mükafatçıları ilə görüşü keçirilib. APA-nın məlumatına görə, tədbir Ədliyyə Nazirliyinin Penetensiar Xidmətinin, Mətbuat Şurasının və “Olimpiya Dünyası” qəzetinin birgə təşəbbüsü ilə baş tutub. Görüşdə çıxış edən Penetensiar Xidmətin tərbiyə işləri üzrə şöbə rəisi Azər Seyidov təşəbbüsə görə Mətbuat Şurasının sədri Əflatun Amaşova və “Olimpiya Dünyası” qəzetinə minnətdarlığını bildirib. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək yetkinlik yaşına çatmayan məhbuslara məsləhət və tövsiyələrini verib. Şura sədri yetkinlik yaşına çatmayan məhbusların indiyədək etdikləri səhvləri gələcəkdə təkrarlamayacaqlarına ümid etdiyini bildirib. Daha sonra tədbirdə Olimpiya oyunlarının gümüş mükafatçıları Rövşən Bayramov və Vitali Rəhimov çıxış ediblər.
Görüşün sonunda məhbuslar arasında tennis yarışı keçirilib. Oyunda qalib olan 10 məhkuma medal və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Tərbiyə Müəssisəsində 44 yetkinlik yaşına çatmayan məhbus saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR