Bank Of Baku

Bakıda, Dəvəçidə, Astarada, Oğuzda baş verən yol qəzaları ölümlə nəticələnib

Bakıda, Dəvəçidə, Astarada, Oğuzda baş verən yol qəzaları ölümlə nəticələnib
# 08 oktyabr 2008 14:39 (UTC +04:00)
Bakı-APA. Bu gün saat 03. 07-də Bakıda R. Behbudov küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Lənkəran rayon sakini Mirzəməmməd Əbilovun idarə etdiyi “İkarus” markalı və Yeni Suraxanı qəsəbə sakini Pərvanə Babayevanın idarə etdiyi “Opel” markalı avtomaşınların toqquşması nəticəsində P. Babayeva hadisə yerində ölüb. Onun sərnişini, Ağdam rayon sakini Aysel Aslanova xəsarət alıb.
Dünən saat 19.30 radələrində isə Dəvəçi rayonunun Ağbaş kəndində, Bakı şəhər sakini Sədrəddin Ömərovun idarə etdiyi “Ford” markalı və Ağcabədi rayon sakini Zülfü Quliyevin idarə etdiyi “VAZ-2104” markalı avtomaşınlar toqquşub. Nəticədə Z. Quliyev hadisə yerində ölüb. Həmin gün saat 17.30 radələrində Astara rayonunun Şahağacı kəndində, kənd sakini Ağadadaş Zəkiyev “VAZ-21063” markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə A. Zəkiyevin sərnişini, qardaşı Sübhan hadisə yerində ölüb. Oktyabrın 7-də saat 14.00 radələrində Oğuz rayonunun Dəymədərə kəndində, Balakən rayon sakini Elçin Alagözovun idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan “Oka” markalı və Şəki şəhər sakini Elçin Mustafayevin idarə etdiyi “Toyota” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət alan E. Alagözov və sərnişini, Balakən rayon sakini Bəhruz Süleymanov xəstəxanaya yerləşdiriliblər. E. Alagözov orada dünyasını dəyişib. Məlumata görə, dünən saat 22.30 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbə sakini Tural Məmmədov “Mercedes” markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə T.Məmmədov hadisə yerində ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR