Bank Of Baku

Bakıda 35 yaşlı qadın bıçaqlanıb

Bakıda 35 yaşlı qadın bıçaqlanıb
# 08 oktyabr 2008 14:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda 35 yaşlı qadın pul üstündə bıçaqlanıb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində baş verib. Rayon sakini, 1973-cü il təvəllüdlü Səadət İsaq qızı Məmmədova yaşadığı binanın qarşısında 1975-ci il təvəllüdlü Rövşən Eldar oğlu Seyidov tərəfindən bıçaqlanıb. Hadisəni törədəndən sonra R. Seyidov qaçıb gizlənsə də, 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Ağır bıçaq xəsarəti alan S. Məmmədova isə xəstəxanaya yerləşdirilib. Aparılan təhqiqat nəticəsində məlum olub ki, hadisə pul üstündə baş verib. E. Seyidovun barəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR