Bank Of Baku

İlhamə Quliyevanın oğlunun və daha 13 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

İlhamə Quliyevanın oğlunun və daha 13 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib
# 09 oktyabr 2008 11:06 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov və Yalçın Həsənov və daha 11 nəfərin (ümumilikdə 14 nəfər) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, prosesə hakim Azər Orucov sədrlik edib. Prokuror Nəriman Ələkbərov ittiham aktını təqdim edib. İttiham aktına əsasən Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev və Ruslan Zalıyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Məhkəmə baxışı oktyabrın 22-ə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR