Bank Of Baku

Bakıda soyğunçuluq törədən mütəşəkkil dəstə üzvləri tutulub

Bakıda soyğunçuluq törədən mütəşəkkil dəstə üzvləri tutulub
# 09 oktyabr 2008 11:20 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında soyğunçuluq törədən mütəşəkkil dəstə üzvləri tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, idarəyə şəhərin Gənclik meydanı ərazisində 1981-ci il təvəllüdlü Rəhim Niyazi oğlu Məlikovun bir qrup şəxs tərfindən qarət edildiyi barədə məlumat daxil olub. BŞBPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 6 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri - 1982-ci il təvəllüdlü Xankişiyev Şəmsəddin Əli oğlu, 1984-cü il təvəllüdlü İsmayılov Fərahim Sabit oğlu, 1981-ci il təvəllüdlü Səfərov Vüsal Sabit oğlu , 1984-cü il təvəllüdlü Həsənov Namiq Nizami oğlu, 1979-cu il təvəllüdlü Əbdüləzimov Sabir Aydın oğlu və 1986-cı il təvəllüdlü Quliyev İlyas Yusif oğlu tutulub. Saxlanılan şəxslər ilkin dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər. Faktla bağlı BŞBPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu yolu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR