Bank Of Baku

Dələduzluqla məşğul olan Şərur sakini tutulub

Dələduzluqla məşğul olan Şərur sakini tutulub
# 09 oktyabr 2008 11:40 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) dələduzluqla məşğul olan Şərur sakini tutulub. Naxçıvan MR Daxili İşlər Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə nazirliyin İstintaq və Tədqiqat Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon Vərməziyar kənd sakini 1963-cü il təvəllüdlü Quliyev Rza Abdulla oğlu saxlanılıb. Onun Babək rayon Sirab kənd sakini Babayev Şahmar Şahsuvar oğlundan övladının hərbi xidmətdən saxlatdırmaqla hərbi bilet alacağı adı ilə 1150 ABŞ dolları, Kəngərli rayon Şahtaxtı kənd sakini Quliyev İbrahim Həsən oğlunun vasitəçiliyi ilə həmin kəndin orta məktəb müəllimi Miryasin Seyidova Naxçıvan MR-in əməkdar müəllim fəxri adı veriləcəyi adı altında 2000 AZN aldığı məlum olub.
Nazirlikdən onu da bildiriblər ki, R. Quliyev əvvəllər oğurluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub. O, dindirilmə zamanı günahını etiraf edərək budəfəki əməllərini pula olan böyük ehtiyacı ilə izah edib. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR