Bank Of Baku

Uzun müddət Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs olunub

Uzun müddət Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs olunub
# 09 oktyabr 2008 11:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Uzun müddət Rusiya Federasiyasında axtarışda olan Azərbaycan vətəndaşı Bakıda həbs olunub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1975-ci il təvəllüdlü Fədakar Ramazan oğlu Əsədov Rusiya Cinayət Məcəlləsinin 111-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinir.

Rusiya hüquq mühafizə orqanlarının Azərbaycan Daxili İşlər Nazirliyi və Nəsimi Rayon Polis İdarəsi ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində F. Əsədov Bakı şəhərində həbs edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR