Bank Of Baku

Azərbaycanda məhbuslara kompüter və ingilis dili öyrədiləcək

Azərbaycanda məhbuslara kompüter və ingilis dili öyrədiləcək
# 09 oktyabr 2008 12:22 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov - APA. Bu gün Salyan rayonundakı 5 saylı Cəzaçəkmə Müəssisəsində (CM) linqafon otağının açılış mərasimi olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, tədbirdə iştirak edən Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov bildirib ki, artıq ölkədəki bir neçə CM-də kompüter otaqları açılsa da, ilk dəfə olaraq bu müəssisəsində məhkumlara kompüterlə yanaşı, ingilis dili də öyrədiləcək.

15 kompüterdən ibarət linqafon otağında 10 nəfərdən ibarət 3 qrup 6 aydan 1 ilə qədər gündə 90 dəqiqə kompüter və ingilis dilinə yiyələnmək imkanı əldə edəcək. H. Əlixanov onu da bildirib ki, digər CM-lərdə də linqafon otaqlarının yaradılması nəzərdə tutulur.

Sonra isə müəssisə rəhbərliyi jurnalistləri oradakı seçki məntəqəsi ilə tanış edib, məhkumların asudə vaxtlarının təşkili barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR