Bank Of Baku

İsmayıllı sakini Bakıda özünü öldürüb

İsmayıllı sakini Bakıda özünü öldürüb
# 09 oktyabr 2008 12:30 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. 59 yaşlı İsmayıllı sakini Bakıda intihar edib. Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün səhər baş verib. İsmayıllı rayon Lahıc kənd sakini, 1949-cu il təvəllüdlü Oruc Mirzə oğlu Mövlanov Nəsimi rayonu Bülbül prospekti, 90 ünvanında yerləşən binanın qarşısında iri gövdəli tut ağacından özünü asaraq öldürüb. O. Mövlanovun Bakıda heç bir yerdə işləmədiyi bildirilir.

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR