Bank Of Baku

Salyanda baş vermiş avtomobil qəzasında bir nəfər ölüb

Salyanda baş vermiş avtomobil qəzasında bir nəfər ölüb
# 09 oktyabr 2008 12:34 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov - APA. Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.
Salyan rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumatda bildirilir ki, oktyabrın 8-i saat 21.40 radələrində Ələt-Astara yolunun 23-cü kilometrliyində, Salyan rayonu Noxudlu kənd sakini 1950-ci il təvəllüdlü Hacıyev Heydərağa Qəribağa oğlu idarə etdiyi “VAZ-21011” markalı, 10 EM 697 dövlət nömrə nişanlı avtomobili arxadan Biləsuvar rayon sakini Fətəliyev Ədulla Orucəli oğlunun idarə etdiyi “KamAZ” markalı, 12 BA 422 dövlət nömrə nişanlı avtomaşına çırpıb.

Nəticədə “VAZ-21011”-də olan sürücünün həyat yoldaşı Hacıyeva Gülxara Həsənağa qızı hadisə yerində ölüb. Sürücü isə ağır vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR