Bank Of Baku

Azərbaycan paytaxtında 3 gün əvvəl baş vermiş qətlin üstü açılıb

Azərbaycan paytaxtında 3 gün əvvəl baş vermiş qətlin üstü açılıb
# 09 oktyabr 2008 12:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında 3 gün əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 3 gün əvvəl rayon ərazisində kişi meyiti tapılıb. Aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Bakı sakini, 1958-ci il təvəllüdlü Natiq Firudin oğlu Əhmədovu Bakı sakini, 1957-ci il təvəllüdlü Natiq Müzəffər oğlu Bayramov şəxsi münaqişə zəminində qətlə yetirib. N. Bayramov cəsədi Yasamal rayonu ərazisində səkinin kənarına atıb. RPİ-nin əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində N. Bayramov saxlanılıb, onun barəsində Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, N. Əhmədovun meyidi oktyabrın 6-da Yasamal rayonu ərazisində aşkarlanıb. Tibbi ekspertiza onun üzərində zorakılıq əlamətlərinin olduğunu müəyyən edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR