Bank Of Baku

Bakı Şəhər Prokurorluğu həbsdə olan baş redaktorun oğlunun azadlığa buraxılması barədə məlumatı təkzib edib

Bakı Şəhər Prokurorluğu həbsdə olan baş redaktorun oğlunun azadlığa buraxılması barədə məlumatı təkzib edib
# 09 oktyabr 2008 13:23 (UTC +04:00)
Bu barədə APA-ya Bakı Şəhər Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi Şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, bəzi mətbuat orqanlarında E. Məmmədovun məhkəmə zalından azadlığa buraxılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Oktyabrın 7-də Səbayel Rayon Məhkəməsində məhkəmə baxışı zamanı Emil Məmmədovun törətmiş olduğu cinayət əməli tama sübuta yetirilib və o, məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. E. Məmmədov Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicəyə cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 6 ay sınaq müddəti müəyyən olunmaqla təyin edilmiş əsas cəza şərti hesab olunub”.

Qeyd edək ki, E. Məmmədov bu il iyulun 16-da qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,238 qram olan tiryəkdən kustar üsulu ilə hazırlanmış narkotik vasitə-heroin əldə edib saxladığı üçün Bakı Şəhəri Səbayel Rayonu Polis İdarəsinin istintaq şöbəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR