Bank Of Baku

Ötən gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Ötən gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 10 oktyabr 2008 08:37 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda ölümlə nəticələnən yol-qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Z. Bünyadov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Asəf Abbas oğlu Əsgərovun idarə etdiyi “Mercedes” markalı, 10-ZR-296 dövlət nömrə nişanlı maşın əks istiqamətdə hərəkət edən 1938-ci il təvəllüdlü Abil Qadir oğlu Allahverdiyevin idarə etdiyi VAZ-21-06 markalı, 10-BD-041 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ-21-06 markalı avtomobildə olan sərnişin, 1946-cı il təvəllüdlü Sona Ağamalı qızı Abdullayeva hadisə yerindəcə keçinib. Hər iki maşının sərnişinləri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR