Bank Of Baku

Daxili İşlər Nazirliyinin mətbuat xidməti: 3 saylı Klinik Xəstəxananın yeni doğulmuş körpənin satılmasında təqsirləndirilən işçiləri həbs edilib

Daxili İşlər Nazirliyinin mətbuat xidməti: 3 saylı Klinik Xəstəxananın yeni doğulmuş körpənin satılmasında təqsirləndirilən işçiləri həbs edilib
# 10 oktyabr 2008 09:12 (UTC +04:00)
APA-nın xəbərinə görə, Bakı sakini Gültəkin Həsənova hüquq-mühafizə orqanlarına müraciət edərək, yeni doğulmuş körpəsinin adı çəkilən xəstəxana əməkdaşları tərəfindən satıldığını iddia edir. Məlumata görə, xəstəxananın həkimi və tibb bacısı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, xəstəxananın işçiləri Bakı sakini olan qadının polisə müraciətindən sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.

Faktla bağlı istintaq yekunlaşandan sonra ətraflı açıqlama veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR