Bank Of Baku

Bakıdakı barlardan birində qətl hadisəsi baş verib

Bakıdakı barlardan birində qətl hadisəsi baş verib
# 14 oktyabr 2008 08:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bu gecə Azərbaycan paytaxtında disko-barda qətl hadisəsi olub. Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə gecə saat 2.00 radələrində Azadlıq prospektində yerləşən “444-Prins” disko-barında baş verib. Barda əylənən Naxçıvan Muxtar Respublikasının sakinləri Sahib Sultan oğlu Əliyev və Emil Rafiq oğlu Ağayevlə orada olan Şəmkir sakinləri Arzu Səfər oğlu İsayev və Nail adlı şəxs arasında dava düşüb. Şəxsi münasibətlər zəminində baş verən davada S. Əliyev üzərində olan bıçaqla Naili vurub. Bir neçə yerdən bədən xəsarəti alan Nail xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə əlaqədar S. Əliyev və E. Ağayev saxlanılıb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR