Bank Of Baku

Balakəndən qeyri-qanuni olaraq Bakıya aparılan iki maşın taxta saxlanılıb

Balakəndən qeyri-qanuni olaraq Bakıya aparılan iki maşın taxta saxlanılıb
# 22 oktyabr 2008 14:09 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Balakəndən qeyri-qanuni olaraq Bakıya aparılan iki maşın taxta Şəki rayonu ərazisində saxlanılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Meşə Mühafizəsi və Bərpası İdarəsindən məlumat verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının keçirdiyi reyd zamanı 08-BA-573 və 62-BD-213 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobillərindən fıstıq ağacından hazırlanmış 40 kubmetr taxta aşkarlanıb. Sürücülərlə aparılan söhbət zamanı yükün sənədsiz olduğu və Balakən rayonundan Bakı şəhərinə aparıldığı müəyyənləşib. Yük nazirliyin əməkdaşları tərəfindən Şəki Meşə Mühafizəsi və Bərpası İdarəsinin həyətinə aparılıb. Hazırda taxtanın kimə məxsus olduğu araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR