Bank Of Baku

Azərbaycan paytaxtında məktəb direktorunun evi yandırılıb

Azərbaycan paytaxtında məktəb direktorunun evi yandırılıb
# 23 oktyabr 2008 08:28 (UTC +04:00)
Sabunçu rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, hadisə bu gecə baş verib. Səbayel rayon sakini, 1945-ci il təvəllüdlü Arif Cavadov Sabunçu rayonunda yaşayan, həmin rayondakı 107 saylı orta məktəbin direktoru vəzifəsində çalışan, bacısı, 1953-cü il təvəllüdlü Brilyant Cavadovanın evini yandırıb.

Baş vermiş hadisə nəticəsində xəsarət alan olmasa da, ev içərisindəki əşyalarla birgə tamam yanıb. Hadisədən dərhal sonra polisə müraciət edən məktəb direktorunun qardaşı saxlanılıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, A. Cavadovun bacısı ilə mülk davası var. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR