Bank Of Baku

Azərbaycanın Tovuz rayonunda dəhşətli yol qəzaları baş verib, ölənlər və yaralananlar var - YENİLƏNİB

Azərbaycanın Tovuz rayonunda dəhşətli yol qəzaları baş verib, ölənlər və yaralananlar var - <font color=red>YENİLƏNİB</font>
# 23 oktyabr 2008 08:53 (UTC +04:00)
Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, oktyabrın 22-də saat 16.00 radələrində rayonun Əlibəyli kəndinin 1 kilometrliyində Tovuz rayon Qovlar qəsəbə sakini, 60 yaşlı Rəşid Mansur oğlu Camalovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil, Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 30 yaşlı Vüqar Rəşid oğlu Əliyevin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü və onun maşında olan həyat yoldaşı, 51 yaşlı Səkinə Qiyas qızı Camalova hadisə yerindəcə keçinib. “Mercedes-Benz” markalı avtomobilin sürücüsü V. Əliyev Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Ötən gün saat 18.00 radələrində Tovuz rayonunda ölümlə nəticələnən daha bir yol qəzası baş verib. Bakı-Qazax yolunun 412-ci kilometrliyində Gürcüstan sakini 1982-ci il təvəllüdlü Yalçın Əlican oğlu Ağacanovun idarə etdiyi «Ford-tranzit» markalı avtomaşınla 1970-ci il təvəllüdlü Tovuz rayon sakini Əbülfət Teymur oğlu Əliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub. Nəticədə Ə. Əliyev ağır xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun sərnişini, 1965-ci il təvəllüdlü Əli Musayev isə aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR