Bank Of Baku

Azərbaycan Müdafiə Nazirliyinin giziri həbs olunub

Azərbaycan Müdafiə Nazirliyinin giziri həbs olunub
# 23 oktyabr 2008 08:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Ağstafada yerləşən “N” saylı hərbi hissənin giziri həbs edilib. Sabunçu rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, 1970-ci il təvəllüdlü Mahal Yusif oğlu Yusifov xidmət yerini özbaşına tərk etməkdə təqsirli bilinir. Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o paytaxtda saxlanılıb.

Ağstafa rayon Polis Şöbəsindən (RPŞ) APA-ya bildirilib ki, M. Yusifov Müdafiə Nazirliyinin rayonda yerləşən “N” saylı hərbi hissəsinin giziri olub. Bu ilin aprel ayında o, xidmət etdiyi hərbi hissəni özbaşına tərk edib. M. Yusifov Cinayət Məcəlləsinin 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə 6 ay axtarışda olub. Hazırda Ağstafa RPŞ-də M. Yusifovun barəsində açılmış cinayət işinin istintaqı davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR