Bank Of Baku

Həkim həyat yoldaşını qətlə yetirdikdən sonra özünü yandırıb

Həkim həyat yoldaşını qətlə yetirdikdən sonra özünü yandırıb
# 23 oktyabr 2008 13:24 (UTC +04:00)
Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, qəsəbə sakini, 1980-ci il təvəllüdlü Cahangir Həsən oğlu Hacıyev bu gün qısqanclıq zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Yaqut Ağadadaş qızı Abdullayevanı bıçaqlayıb. Döş və boğaz nahiyələrindən çoxlu sayda bıçaq zərbəsi alan Y. Abdullayeva hadisə yerindəcə keçinib.

C. Hacıyev həyat yoldaşını öldürdükdən sonra üzərinə yanacaq tökərək özünü yandırıb. Hadisə yerinə gələn qonşular C. Hacıyevi Sumqayıt Təcilli Tibbi Yardım xəstəxanasına çatdırıblar. Həkimlər onun vəziyyətini normal qiymətləndirir. Artıq ondan ilkin ifadə də alınıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qətli törədən C. Hacıyev diş həkimidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR