Bank Of Baku

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev zabitin intihar etməsinə münasibət bildirib - EKSKLÜZİV

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev zabitin intihar etməsinə münasibət bildirib - <font color=red>EKSKLÜZİV</font>
# 24 oktyabr 2008 09:04 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında DSX rəisi, general-leytenant Elçin Quliyev bildirib. E. Quliyev deyib ki, intiharın ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir: “Bu, özünə qəsddir. Ehtimal olunur ki, intihar ailə münaqişəsi zəmində baş verib”.

DSX rəisi zabitin xidmətlə bağlı hər hansı probleminin olması barədə suala “Düşünürəm ki, xidmətlə bağlı hər hansı problem olmayıb” cavabını verib.

Qeyd edək ki, DSX-nın Neftçala rayonunda yerləşən “N” saylı hərbi hissənin zabiti, baş leytenant, 1980-ci il təvəllüdlü Anar Cabbarov Xıllı qəsəbəsi ərazisində özünü elektrik dirəyindən asaraq intihar edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR