Bank Of Baku

Təhsil Nazirliyi Bakı Maliyyə Kollecində baş verən qətllə bağlı araşdırma aparıb

Təhsil Nazirliyi Bakı Maliyyə Kollecində baş verən qətllə bağlı araşdırma aparıb
# 24 oktyabr 2008 09:26 (UTC +04:00)
Bakı. Elbrus Seyfulayev-APA. Təhsil Nazirliyi Bakı Maliyyə Kollecində bir neçə gün əvvəl baş verən qətl hadisəsi ilə bağlı araşdırma aparıb. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Aparatının rəhbəri İlham Pirməmmədov jurnalistlərə açıqlamasında bildirib ki, hadisənin səbəblərini, qətli törədən tələbə Fərhad Məmmədovun ailə durumunu araşdırıblar. İ. Pirməmmədovun sözlərinə görə, tələbənin ailəsində problemlər olduğu bildirilib: “Onun anası və atası bir-birində ayrılıb. Anası xəstədir. Bütün bunlar tələbənin psixologiyasına təsir edib”.
Aparat rəhbəri müəllimlə tələbə arasında baş verən insidentdə üçüncü şəxsin iştirak etmədiyini deyib. İ. Pirməmmədov qeyd edib ki, F. Məmmədovun əvvəlcə qətlə yetirdiyi
Sabir Xuduyevin yanına gəlib oranı tərk etdiyi, daha sonra qayıdaraq onu öldürdüyü bildirilib. Nazirlik təmsilçisi mərhum müəllim haqqında müsbət rəylərin açıqlandığını da deyib.
Qeyd edək ki, Bakı Maliyyə Kollecinin tələbəsi, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Fərhad Elşən oğlu Məmmədov oktyabrın 20-də kollecin maliyyə-vergi şöbəsinin müdiri, 1943-cü il təvəllüdlü Sabir Musa oğlu Xuduyevi bıçaqla qətlə yetirib. F. Məmmədov artıq saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR