Bank Of Baku

Bakıda baş verən yol qəzasında İran vətəndaşı xəsarət alıb

Bakıda baş verən yol qəzasında İran vətəndaşı xəsarət alıb
# 24 oktyabr 2008 10:09 (UTC +04:00)
Bakı-APA. Bu gün saat 04.15 radələrində Xətai rayonundakı Gəncə prospektində Mərdəkan qəsəbə sakini Elman Rəhimov "QAZ-31" markalı avtomaşını idarə edərkən onu ağaca vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə xəsarət almış E.Rəhimov və sərnişinləri, Yardımlı rayon sakini Qulu Məmmədov, İran vətəndaşı Dərpiyuş Kiryan Hüseyn oğlu xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Xətai rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR