Bank Of Baku

İran vətəndaşından narkotika götürülüb

İran vətəndaşından narkotika götürülüb
# 24 oktyabr 2008 10:42 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 23-də İran vətəndaşı Kovsar Seyid Əmir Əli Seyid Cavaddan 1,449 qram heroin və 9 ədəd psixotrop dərman həbləri götürülüb. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, həmin gün Göyçay rayon Polis Şöbəsi əməkdaşları rayon sakinləri Məmmədağa Məmmədovdan 5,441 qram tiryək, onun qardaşı Əfqandan isə 18,13 qram həşiş götürüblər. Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə 351 saylı xətt avtobusunda Nubar qəsəbə sakini Süsən Bayramovaya qarşı zor tətbiq edərək 100 manatını ondan alan Sumqayıt şəhər sakini Anar Rzayev tutulub. A. Rzayevin üstünə baxış zamanı 0,265 qram heroin aşkar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR