Bank Of Baku

Bakıda uzun müddət axtarışda olan qadın tutulub

Bakıda uzun müddət axtarışda olan qadın tutulub
# 24 oktyabr 2008 10:46 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən qadın həbs edilib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1955-ci il təvəllüdlü Həqiqət Ağarza qızı Baxışova Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları, saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə uzun müddət axtarışda olub. 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində H. Baxışova həbs edilib. Onun barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR