Bank Of Baku

Bakıda marşrut sürücüsü və onun bələdçisi həbs edilib

Bakıda marşrut sürücüsü və onun bələdçisi həbs edilib
# 24 oktyabr 2008 10:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda oğurluq etməkdə təqsirləndirilən marşrut sürücüsü və onun bələdçisi həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə, Binəqədi rayonu ərazisində hərəkət edən “Mercedes” markalı, 10 NE 913 dövlət nömrə nişanlı, 69 saylı xətt marşrutunun sürücüsü, 1988-ci il təvəllüdlü Seymur Aydınov və onun bələdçisi, 1989-cu il təvəllüdlü Cəlal Hüseynov saxlanılıb. Onlar marşrutda olan sərnişinlərin telefon və pulunu oğurlamaqda təqsirli bilinirlər. Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR