Bank Of Baku

Zakir Nəsirov Qobustan həbsxanasına qaytarılıb

Zakir Nəsirov Qobustan həbsxanasına qaytarılıb
# 24 oktyabr 2008 11:42 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirov Qobustan həbsxanasına qaytarılıb. Bu barədə APA-ya Zakir Nəsirovun vəkili Adil İsmayılov məlumat verib. A. İsmayılovun sözlərinə görə, Səbayel rayon Məhkəməsinin avqust ayında Z. Nəsirovun Qobustan həbsxanasından Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasına köçürülməsi barədə çıxardığı qərarın müddəti ötən gün başa çatıb: “Zakir Nəsirov artıq müvəqqəti saxlandığı MTN-nin istintaq təcridxanasından Qobustan həbsxanasına köçürülüb”.
Qeyd edək ki, Z. Nəsirov MTN-in İstintaq Baş İdarəsində istintaq olunan cinayət işi ilə əlaqədar dindirilməsi və sair istintaq hərəkətlərinin aparılması məqsədi ilə Səbayel rayon Məhkəmənin qərarı əsasında bu ilin avqust ayında MTN-nin istintaq təcridxanasına köçürülmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR