Bank Of Baku

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Ramil Usubova müraciət edib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Ramil Usubova müraciət edib
# 24 oktyabr 2008 11:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov daxili işlər naziri Ramil Usubova müraciət edib. Bu barədə APA-ya məlumat verən komitə sədri müraciətin bir neçə gün əvvəl Lənkəran rayon Polis Şöbəsində baş verən intihar hadisəsi ilə bağlı olduğunu bildirib. Nazirə ünvanlanan müraciətdə intihar hadisəsində işgəncə faktının olub-olmasının ciddi araşdırılması xahiş olunub. Hüquq müdafiəçisi məsələnin nazirlik tərəfindən ciddi araşdırılacağına ümid etdiyini söyləyib.
Qeyd edək ki, oktyabrın 21-də Lənkəran rayon Polis Şöbəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılan rayon sakini, 1976-cı il təvəllüdlü Zaur Gülməmmədov özünü şöbənin ayaqyolunda asaraq intihar edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR