Bank Of Baku

Qoyun oğurluğunda təqsirləndirilən Kəlbəcər sakinləri tutulub

Qoyun oğurluğunda təqsirləndirilən Kəlbəcər sakinləri tutulub
# 24 oktyabr 2008 15:06 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov-APA. Qoyun oğurluğuna görə təqsirli bilinərək barələrində axtarış elan edilən Kəlbəcər rayon sakinləri bu gün Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Bu barədə APA-nın yerli bürosuna Ağdaş rayon Polis Şöbəsindən bildirilib. Kəlbəcər rayonundan məcburi köçkün olan, hazırda Göygöl rayonunda yaşayan, 1985-ci il təvəllüdlü Məmmədov Röyal Baloğlan oğlu, 1988 il təvəllüdlü Hümbətov Elnur Əlamdar oğlu, Gəncə şəhərinin Kəpəz rayonunda yaşayan 1988-ci il təvəllüdlü Məmmədov Faiq Ələsgər oğlu və Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində yaşayan 1986-cı il təvəllüdlü Abdullayev Amil Abbas oğlu əlbir olaraq oktyabrın 21-dən 22-nə keçən gecə Ağdaş rayonunun Ərəb kəndində oğurluq etməkdə təqsirli bilinirlər. Məlumata görə, onlar Tərtər rayonunun Sevdimli kənd sakini hazırda Ağdaş rayonunun Ərəb kəndində yaşayan Mədətov Ramiz Cavanşir oğluna məxsus fermer təsərrüfatından 3 baş qoyun oğurlayıblar. Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının fermerin şikayət ərizəsi əsasında həyata keçirdiyi əməliyyat nəticəsində Kəlbəcər rayon sakinləri Göygöl rayonunda tutulublar. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR