Bank Of Baku

Türkiyədə qətlə yetirilən azərbaycanlı qadının qatili saxlanılıb

Türkiyədə qətlə yetirilən azərbaycanlı qadının qatili saxlanılıb
# 25 oktyabr 2008 09:30 (UTC +04:00)
Bakı-APA. Türkiyənin İstanbul şəhərində qətlə yetirilərək, cəsədi yol kənarına atılan azərbaycanlı qadının qatili saxlanılıb. APA-nın xəbərinə görə, bu il oktyabrın 8-də polis İstanbulun Beşiktaş istiqamətində selofon torbanın içində bir neçə gün əvvəl qətlə yetirilmiş qadının meyitini aşkarlayıb. Qadının üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb.

Bununla bağlı əməliyyat tədbiri hazırlanıb və polis qadın alveri üçün nəzərdə tutulmuş evdə əməliyyat keçirib. Nəticədə 4-ü qadın olmaqla 7 nəfər saxlanılıb. Saxlanılanların arasında olan İsmayıl Gülər adında bir nəfər qadını qətlə yetirdiyini etiraf edib. O deyib ki, qadının Ulduz deyə çağırıblar və onun gerçək adının nə olduğunu bilmir.

İ. Gülər qadını öldürdüyünü və öldürəndən sonra onun cəsədini iki gün evdə saxladığını, lakin iylənməyə başladığını görüncə torbada evindən iki küçə o yandakı zibil yeşiklərinin yanına atdığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR