Bank Of Baku

Moskva dahi azərbaycanlı Müslüm Maqomayevlə vidalaşır

Moskva dahi azərbaycanlı Müslüm Maqomayevlə vidalaşır
# 28 oktyabr 2008 09:15 (UTC +04:00)
Ümümrusiya Azərbaycan Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyevin APA-ya verdiyi məlumata görə, vida mərasimi mərhumun dəfələrlə çıxış etdiyi Çaykovski adına Konsert Zalında onun ifa etdiyi mahnıların sədası altında keçirilir. Mərasim Bakı vaxtı ilə saat 11.00-da başlayıb. Saat 13.00-da isə rəsmi hissə olacaq.

Vida mərasiminə Azərbaycandan da rəsmi nümayəndə heyəti göndərilib. Müslüm Maqomayevin cənazəsi bu gün xüsusi təyyarə ilə Bakıya gətiriləcək. Bakıda müğənni ilə vida mərasimi oktyabrın 29-da saat 11.00-dan 15.00-dək Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Dəfn mərasimi isə sabah saat 16.00-da I Fəxri Xiyabanda olacaq.

Xatırladaq ki, M. Maqomayev uzun sürən xəstəlikdən sonra oktyabrın 25-də Moskvadakı evində dünyasını dəyişib.

M. Maqomayev 17 Avqust 1942-ci ildə Bakıda anadan olub. O, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1968-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilib, 1964-1965 illərdə Milanın “La Scala” teatrında təcrübə keçib.

1975-ci ildən Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. O, MDB ölkələrində, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda və digər ölkələrdə konsertlər verib.

Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox orden və medalları ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR