Bank Of Baku

Bakı sakini özünü asaraq intihar edib

Bakı sakini özünü asaraq intihar edib
# 28 oktyabr 2008 13:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında taksi sürücüsü intihar edib. Əzizbəyov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Şağan qəsəbəsində yerləşən bağ evlərinin birində baş verib. Bakı şəhər sakini Rafiq Həsənov özünə məxsus bağ evində özünü asaraq intihar edib. Tibbi-ekspertiza mərhumun cəsədinin üzərində heç bir zorakılıq əlamətləri aşkar etməyib. Məlumata görə, R. Həsənovun intihardan qabaq yazdığı məktubda ailəsini çox sevdiyini qeyd edib.
Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR