Bank Of Baku

Moskvada Müslüm Maqomayevlə vida mərasimi başa çatıb

Moskvada Müslüm Maqomayevlə vida mərasimi başa çatıb
# 28 oktyabr 2008 13:47 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiyanın paytaxtı Moskva şəhərində əfsanəvi sənətçi, mərhum Müslüm Maqomayevlə vida mərasimi başa çatıb. Bu barədə APA-ya Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva bölməsinin sədri İlqar Hacıyev məlumat verib. O bildirib ki, cənazə Bakı vaxtı ilə saat 17-də Moskvadan Bakıya yola salınacaq. Cənazəni ÜAK-ın prezidenti Məmməd Əliyev, vitse-prezidenti Araz Ağalarov, icraçı direktoru Eldar Quliev, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Rizayev, Heydər Əliyev Fondunun Moskva bölməsinin nümayəndəsi Tamilla Əhmədova, Rusiyanın tanınmış sənətçiləri Oleq Qazmanov, Müslüm Maqomayevin konsertlərində aparıcılıq etmiş tanınmış diktor Svetlana Morqunova və digərləri müşayiət edirlər.

Qeyd edək ki, dahi baritonla vida mərasimində 7 minədək insan iştirak edib, minlərlə moskvalının zala daxil olmaq arzusu isə ürəyində qalıb. Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putin isə vida mərasiminə qatılmayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR