Bank Of Baku

Bakıda quldurluq etməkdə təqsirli bilinən şəxslər tutulub

Bakıda quldurluq etməkdə təqsirli bilinən şəxslər tutulub
# 28 oktyabr 2008 17:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakının Binəqədi rayonu ərazisində quldurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, taksi sürücüsü, 1985-ci il təvəllüdlü Rəşad Ələddin oğlu Cəfərov naməlum şəxslərin hücumuna məruz qalıb. Onun maşınına müştəri qismində əyləşən naməlum şəxslər hədə-qorxu yolu ilə sürücünün telefonunu və külli miqdarda pulunu alaraq hadisə yerindən qaçıblar. Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərin kimliyi müəyyən edilib. Quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, 1984-cü il təvəllüdlü Rəşid Kamran oğlu İsgəndərov və 1986-cı il təvəllüdlü Orxan Füzuli oğlu Şirəliyev saxlanılıb. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri quldurluq əməllərini etiraf ediblər.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR