Bank Of Baku

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 29 oktyabr 2008 07:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda iki avtomobilin toqquşması nəticəsində bir nəfər həlak olub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Balaxanı qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Rizvan Eynulla oğlu Əhmədovun idarə etdiyi “Vaz-21015” markalı, 10 VK 315 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən Mübariz Muxtar oğlu Əhmədovun idarə etdiyi “VAZ-21011” markalı, 36 BC 115 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-21015”-in sərnişini Seymur Əbdüləzim oğlu Əliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR