Bank Of Baku

“The Times”: Müslüm Maqomayev səhnəyə qədəm basdığı andan etibarən fenomenal bir şəxsə çevrilib

“The Times”: Müslüm Maqomayev səhnəyə qədəm basdığı andan etibarən fenomenal bir şəxsə çevrilib
# 29 oktyabr 2008 08:08 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib. Məqalədə Müslim Maqomayev keçmiş Sovet İttifaqının “Sinatra”sı adlandırılıb. Bundan əlavə, dahi musiqiçinin Bakıda məşhur sənət adamlarının ailəsində anadan olduğu və böyüyüb başa çatması haqqında ətraflı məlumat verilib. Məqalədə gələcək dahi musiqiçinin Bakıda əvvəlcə musiqi məktəbində, sonradan isə konservatoriyada təhsil aldığı və pianoçu və bəstəkar ixtisasına yiyələndiyi xüsusilə qeyd olunub. Müəllif dahi azərbaycanlının sadəcə musiqiçi olmadığını, onun səhnəyə qədəm basdığı andan etibarən fenomenal bir şəxsə çevrildiyini vurğulayıb. Müslim Maqomayevin dünyada tanınmış Milanın “La Skala” və Parisin “Olimpiya Teatrı”nda çıxışı və yaradıcılıq fəaliyyəti də müəllif tərəfindən qeyd olunub.

Məqalədə həmçinin dahi musiqiçinin yaradıcılıq yoluna nəzər salınır və onun repertuarından olan ən məşhur bəstələrdən bəhs olunub, 1975-1989-cu illər ərzində Maqomayevin Azərbaycan Dövlət Simfonik Orkestrinə rəhbərlik etməsi və onun nəinki öz vətəni Azərbaycanda, vətəninin hüdudlarından kənarda olduqca məşhurlaşmasına gətirib çıxardığı bildirilib. Dahi sənətçinin əsərlər külliyyatının olduqca zəngin olması və onun repertuarında təkcə Azərbaycan və rus musiqi əsərlərinin deyil, Qərbi Avropa zəngin musiqi nümunələrinin də olması xüsusi vurğulanıb. Müəllif onun yaradıcılığının sadəcə musiqi ilə məhdudlaşmadığı, həmçinin teatr və kino sahəsində də öz bacarığını nümayiş etdirməsindən bəhs edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR