Bank Of Baku

İnsan alverində təqsirləndirilən qadın Türkiyədən Bakıya qayıdarkən tutulub

İnsan alverində təqsirləndirilən qadın Türkiyədən Bakıya qayıdarkən tutulub
# 29 oktyabr 2008 08:13 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda insan alveri ilə məşğul olmaqda təqsirləndirilən qadın həbs edilib. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qazax rayon sakini, 1964-cü il təvəllüdlü Münəvvər İsgəndər qızı Əhmədova Cinayət Məcəlləsinin 144-cü ( adam oğurluğu) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri ilə 1 il axtarışda olub. Məlumata görə, M. Əhmədova çoxlu sayda qızları aldadaraq Türkiyəyə və Dubaya aparıb, onları orada cinsi istismara sövq edib və ötən ilin oktyabrından bəri Türkiyədə gizlənib.
37-ci Polis Bölməsinə daxil olan məlumat əsasında M. Əhmədova ötən gecə Türkiyədən Bakıya qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda onun barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR