Bank Of Baku

Məşhur “Peugeot” şirkətinin Bakıdakı nümayəndəliyinin 11 il axtarışda olan rəhbəri həbs edilib

Məşhur “Peugeot” şirkətinin Bakıdakı nümayəndəliyinin 11 il axtarışda olan rəhbəri həbs edilib
# 29 oktyabr 2008 08:38 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Şahin Musa oğlu Musayev 11 il axtarışda olub. Fransanın məşhur “Peugeot” şirkətinin Bakıdakı nümayəndəliyinə və “Fransa-Azərbaycan” SC-yə rəhbərlik etmiş Ş. Musayev 11 il əvvəl Azərbaycan Beynəlxalq Bankından götürdüyü 200 min ABŞ dolları məbləğində vəsaiti mənimsəməkdə təqsirli bilinir. Həmin vaxtdan Cinayət Məcəlləsinin 88-ci (mənimsəmə) maddəsi (köhnə redaksiyada) ilə barəsində axtarış elan olunmuş Ş. Musayev uzun müddət Fransada gizlənib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş. Musayev ötən gün Bakı şəhərindəki evində həbs edilib.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR