Bank Of Baku

Bakıda uzun müddət axtarışda olan qadın həbs edilib

Bakıda uzun müddət axtarışda olan qadın həbs edilib
# 29 oktyabr 2008 09:36 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda uzun müddət axtarışda olan qadın həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1951-ci il təvəllüdlü Leyla Həsənqulu qızı Ələkbərova Cinayət Məcəlləsinin 188-ci (torpaq üzərində mülkiyyət hüququnu pozma) maddəsi ilə təqsirli bilinir. Əzizbəyov rayon Məhkəməsinin L. Ələkbərova barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarından sonra Əzizbəyov rayon Polis İdarəsinin 1-ci Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o paytaxtda saxlanılıb. L. Ələkbərova barəsində Əzizbəyov rayon Prokurorluğunda açılan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR